Pan Gi Mun Bakıya gələsi olmadı
Bizi izləyin

Nida.az

Pan Gi Mun Bakıya gələsi olmadı

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun bir neçə gündən sonra Cənubi Qafqaza planlaşdırılan səfəri təxirə salınıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ermənistan nümayəndəliyinin ictimai informasiya idarəsinin rəhbəri Armine Qaladjyan deyib.

Qurum rəhbərinin Azərbaycana, Gürcüstan və Ermənistana səfəri baş tutmalı idi.

Pan Gi Munun mətbuat katibi Stefan Dyujarikin verdiyi məlumata görə, BMT-nin baş katibi adı çəkilən regionlara səfər etməyi çox istəyirdi, amma bu günlərdə fövqəladə səbəblərə görə başqa yerdə olmalıdır. Cənubi Qafqaz səfərinin tarixinə isə yenidən baxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm