Avtovağzallara pasportun verilməsinə görə dövlət rüsumu alınacaq - QANUN
Bizi izləyin

Nida.az

Avtovağzallara pasportun verilməsinə görə dövlət rüsumu alınacaq - QANUN

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi ilə bağlı 2.0.10-1-ci maddə əlavə edilib. Dəyişikliyə əsasən, Azərbaycanda avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu alınacaq.

Bundan başqa, qanuna avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri ilə bağlı 25-1-ci maddə əlavə edilib. Başqa sözlə, avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm