Nida.az
NATO-nun Azərbaycanla bağlı qərarına RƏSMİ MÜNASİBƏT
“NATO ilə münasibətlərin daha da inkişaf etdirilməsində Azərbaycan tərəfi maraqlıdır”. Bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Publika.Az-a açıqlamasında NATO-nun Şərqi Avropadakı müttəfiqləri ilə əlaqələri dərinləşdirməklə bağlı qərarına münasibət bildirərkən deyib.
Vitse-spiker qeyd edib ki, Azərbaycanın NATO ilə əlaqələri inkişaf edir: “Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, NATO ilə münasibətləri çox sıxdır. Bu əlaqələr həm NATO-nun öz xətti, həm də NATO Parlament Assambleyası ilə inkişaf edir”.
Z. Əsgərov bildirib ki, NATO PA-nın yaz və payız sessiyalarında mütəmadi olaraq alyans rəhbərliyi ilə görüşləri olur.
“Onlar da Azərbaycanla əlaqələrdən, münasibətlərin inkişafından çox razıdırlar. Biz də bundan çox razıyıq. NATO-nun proqramına uyğun olaraq, bu yaxınlarda Azərbaycanda Sülh Naminə Tərəfdaşlıq Proqramının 20 illiyi keçiriləcək. Azərbaycanın NATO ilə gələcək əlaqələri də davam edəcək”-deyə komitə sədri vurğulayıb.
Xatırladaq ki, NATO aprelin 1-də qərar verib ki, özünün Şərqi
Avropadakı müttəfiqləri ilə əlaqələri dərinləşdirsin.
Publika.Az xəbər
verir ki, “Azadlıq Radiosu”nun "Şərqi Avropadakı
müttəfiqlər dedikdə Ermənistan, Azərbaycan və Moldovanı nəzərdə
tutursunuzmu" sualına NATO-nun baş katibi Andres Foq Rasmussen
"bəli" cavabını verib.
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ