Erməni ekspert: “Rusiya Ermənistana Qarabağdan çıxması üçün təzyiq edir”
Bizi izləyin

Nida.az

Erməni ekspert: “Rusiya Ermənistana Qarabağdan çıxması üçün təzyiq edir”

“Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməsi üçün Ermənistana təzyiqlər var”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Qriqoryan deyib.

Onun sözlərinə görə, “dördgünlük müharibə”dən sonra informasiya və diplomatik müharibə başlayıb.

“Rusiya regional məsələlərdə Azərbaycanın dəstəyini əldə etmək üçün Ermənistanın Qarabağdan çıxmasını istəyir. Bunun hansı formada baş verəcəyini – bir neçə rayon, yaxud ümumiyyətlə, bütün ərazilərin verilməli olduğunu deyə bilmərik. Amma bütün hallarda xırda güzəşt Qarabağın əldən çıxması deməkdir. İndi Ermənistan zəif tərəfdir və bütün sahələrə - iqtisadiyyata, sənayeyə, energetikaya, təhlükəsizliyə Rusiya nəzarət edir. Rusiya bilir ki, bizə qarşı ciddi təsir imkanları var”, - deyə o bildirib.

Ekspert Lavrovun İrəvan səfərinə toxunaraq bildirib ki, Rusiyanın baş diplomatı bu səfərlə Ermənistanda əhval-ruhiyyəni yoxlamaq və güzəştə getməyə dəvət etmək məqsədi güdür: “Əgər hakimiyyət Rusiyaya müqavimət göstərə bilmirsə, qoy istefaya getsin”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm