Məleykə Abbaszadə: “Universitetlər bizə sifariş verə biləcək”
Bizi izləyin

Nida.az

Məleykə Abbaszadə: “Universitetlər bizə sifariş verə biləcək”

“Ali məktəblərə qəbul imtahanlarda iştirak edənlər bu vaxta qədər cüzi miqdarda ödəniş edirdilər. Lakin bu ödənişlər hər bir abituriyent üçün xərclənən vəsaiti ödəmirdi. Əsas xərcləri dövlət öz üzərinə götürürdü”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Günün nəbzi” proqramında yeni qurumun ali məktəblərlə bundan sonrakı fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bundan sonra bu məsələ direktorlar şurasında müzakirə ediləcək: “Ola bilər ki, universitetlər hər hansı imtahanın keçirilməsini özləri sifariş verə bilər. Bu hər hansı araşdırma və ya qiymətləndirmə proseduru ola bilər. Biz hər il elmi-statistik təhlil aparırdıq. Bu araşdırmaları aparanda ölkə üzrə ümumi tendensiyaları müəyyənləşdirirdik. Həm universitetlər, həm də regional inkişaf haqqında məlumatlar verirdik. Lakin bundan sonra hər bir universitetin hansı səpkidə tələbə kontingenti gözlədiyini və bunu hansı səpkidə həyata keçirməli olduğunu, hansı regionda yeni kontingent tapa biləcəyi məsələlərini araşdıra bilərik. Əlbəttə, belə sifarişlər olsa. Çünki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olaraq 20 il ərzində apardığımız təhlillər bizə belə bir elmi məhsul verib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm