"Obama"dan Obamaya 74 metrlik məktub - VİDEO
Bizi izləyin

Nida.az

"Obama"dan Obamaya 74 metrlik məktub - VİDEO

Azərbaycanlı Obama kimi tanınan Qəbələ rayon sakini Asif Mustafayev qondarma erməni soyqırımı günündə ABŞ Prezidenti Barak Obamaya 74 metr uzunluğunda məktub ünvanlayıb.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, məktubda Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilən bütün faciələr təfərrüatı ilə əks olunub.

Bununla o göstərməyə çalışıb ki, əslində əsrlər boyu soyqırıma məruz qalan ermənilər yox, Azərbaycan xalqıdır.

Məktubda erməni cəlladlarının 1821-ci ildən başlayaraq 1994-cü ilə qədər Azərbaycan xalqına qarşı törətdiyi bütün tarixi hadisələr, soyqırıma qurban gedən azərbaycanlıların sayları əks olunub.

Cəmi 3 səhifəsi Azərbaycan dilində olan, 71 səhifəsi isə ingilis dilində yazılan bu məktubu hazırlamaq ona elə də asan başa gəlməyib.

Qəbələli Obama məktubunu qısa zamanda Birləşmiş Ştatlar prezidentinə çatdırmaq fikrindədir.

Asif Mustafayevin əsas arzusu isə həmin məktubu ABŞ prezidenti Barak Obamaya şəxsən təqdim etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm