Amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Moskvada görüşəcək
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Moskvada görüşəcək

Amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Moskvada görüşəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik aprelin 4-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Bu barədə amerikalı həmsədr öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik həmçinin bildirib ki, bu gün o, ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşür: "Bu gün ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşürəm. Cümə günü isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Moskvaya yola düşəcəyəm".

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan iki ölkənin prezidentlərinin yaxın gələcəkdə görüşünü hazırlamaq məqsədilə Moskvada görüşəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm