Pan Gi Munun izahatı Azərbaycan tərəfindən məqbul hesab edilib
Bizi izləyin

Nida.az

Pan Gi Munun izahatı Azərbaycan tərəfindən məqbul hesab edilib

BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir təşkilatın Baş katibi Pan Gi Munun Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edə bilməməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Nasir Əbdüləziz Əl-Nasir Bakıda keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib ki, Pan Gi Mun iş qrafiki məhdud olduğu üçün Bakıya gələ bilməyib:

“Bildiyim qədər, baş katib zəng edərək, Azərbaycan Prezidenntindən üzrxahlıq edib və foruma qatılmamasının səbəblərini açıqlayıb.

Həmçinin deyim ki, bu günlərdə Baş katibin iş qrafiki çox yüklüdür. Onun Nyu-Yorkda baş verən hadisələrlə əlaqədar iştirakı vacibdir. Onun üçün də baş katib Forum iştirakçılarına video müraciət edib və azərbaycan Prezidentinə zəng edib.

Siyasi liderlərin münasibəti çox vacibdir. Ona görə də Pan Gi Munun Bakıya gələ bilməməsi ilə bağlı izahatı Azərbaycan tərəfindən məqbul hesab edilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm