Müdafiə naziri cəbhədə: "Ermənilərin postları dağıdılıb" - FOTOLAR
Bizi izləyin

Nida.az

Müdafiə naziri cəbhədə: "Ermənilərin postları dağıdılıb" - FOTOLAR

"Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib".

"Report" xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayon sakinləri ilə görüşündə deyib.

Müdafiə naziri qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub: "Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm