Sabiq nazir Qərbi sərt tənqid etdi: “Necə olur...”
Bizi izləyin

Nida.az

Sabiq nazir Qərbi sərt tənqid etdi: “Necə olur...”

“Ərəb ölkələrində terrorçular partlayışlar törədəndə, buna əhəmiyyət verən olmur. Ancaq Parisdə, Londonda və digər Avropa şəhərlərində terrorçular bomba partladan zaman buna münasibət fərqli və kəskin olur”.

Publika.az xəbər verir ki, bu fikirləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Sülhün bərqərar edilməsi və terrorun ardan qaldırılması” mövzusunda panel iclasında çıxışı zamanı Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri və beynəlxalq müzakirəçi Egemen Bağış bildirib.

Sabiq nazir deyib ki, Qərb terrora “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşır: “Bu yanaşmanın tətbiqi isə problemlərin yaranmasına səbəb olur. Yoxsul insanlar bu qədər bahalı və müasir silahları, sursatları necə əldə edirlər? PKK, İŞİD, “Boko-Haram”, Əl-Qaidə arasında fərq yoxdur, onların hamısı ikili standartlardan istifadə edirlər. Ən qüdrətli dövlətlər belə terrorçuluğun qurbanına çevrilirlər. Terrorçuluqla mübarizə qlobal əməkdaşlıq tələb edir”.

E.Bağış Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun da fikirlərinə münasibət bildirib: “Cənab Novruz Məmmədov çox doğru vurğuladı, mən onun fikirlərini dəstəkləyirəm. Ayrı-ayrı ölkələrə və münasibətlərə yanaşmada fərqli mövqelər sərgilənir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm