Suriyadan köçən ermənilər Dağlıq Qarabağda yerləşdirilir - VİDEO
Bizi izləyin

Nida.az

Suriyadan köçən ermənilər Dağlıq Qarabağda yerləşdirilir - VİDEO

Suriyanın Kasab şəhərinin Bəşər Əsəd tərəfdarları tərəfindən ələ keçirilməsindən sonra burada məskunlaşan minlərlə erməni ailələri buranı tərk etmək məcburiyyətində qalıb.

Suriyanın Kasab şəhərinin Bəşər Əsəd tərəfdarları tərəfindən ələ keçirilməsindən sonra burada məskunlaşan minlərlə erməni ailələri buranı tərk etmək məcburiyyətində qalıb.

Rusiyanın Xarici İşlər Nazirinin müavini Qennadi Qatılov Birləşmiş Millətlər Təşkilatını təqribən 80-ə yaxın dinc sakinin ölümü ilə nəticələn həmin hücumu müzakirə etməyə çağırıb. Döyüşçülərin hücumu nəticəsində Kasab şəhəri demək olar ki, təmamilə dağıdılıb. İnternetdə bu şəhərdə gedən döyüşləri əks etdirən videokadrlar yayılıb. Sakinlərə isə bir neçə gün əvvəl ələ keçirilən qonşu Latakiya şəhərində yerləşməyə imkan verilib.

Şəhər sakinlərinin sözlərinə görə, döyüşçülər Türkiyədən gəlmişdi. Amma rəsmi Ankara bu məlumatı təkzib edib. Bundan əlavə informasiya resurslarında dolaşan məlumatlara görə, Suriyadan çıxan erməni ailələri Azərbaycanın işğal edilmiş ərazilərinə köçürlər. Daha dəqiq desək, iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verildiyi barədə məlumat yayılıb. Tikinti işini aparan təşkilatın sədri belə tikintilərin davam etdiriləcəyini bildirib.

Suriyada vətəndaş müharibəsi başlayandan bu günə kimi, ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi genişlənib. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə isə , Dağlıq Qarabağda 3 mindən çox Suriya ermənisi məskunlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm