Nida.az
Vaqif Dərgahlı: “Azərbaycan Ordusu itki verməyib”
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audio yazıya münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Publika.az-a bildirib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır: “Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır”.
V. Dərgahlı hazırda cəbhə xəttində vəziyyətin stabil olduğunu bildirib: “Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir”.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin guya itki verməsi barədə telefon danışıqlarından ibarət səs yazısı yayıb.
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR