“Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”
Bizi izləyin

Nida.az

“Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”

Bu gün Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Alyansın Dostları Qrupu tərəfindən “Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi” mövzusunda əməkdaşlıq toplantısı keçirilib.

Publika.az xəbər verir ki, “Təhsil hər şeydən üstün” (EAA-PEIC) təşkilatının rəhbərliyi altında keçirilən toplantıda qurumun monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi və baş tədqiqatçısı Talal al Hothal proqramın əhəmiyyətindən və yaranma tarixindən danışıb.

O bildirib ki, dünyada münaqişə olan bölgələrdə tələbələr və təhsil işçiləri təzyiqlərə məruz qalır və bəzi hallarda həyatlarını itirirlər.

Qeyd olunub ki, təşkilatın əsas məqsədlərindən biri Qəzza və Suriyadan olan tələbələri ali təhsillə təmin etməkdir.

Hüquq və təhsil üzrə proqram mütəxəssisi xanım Meeran Negi fəaliyyətlərində beynəlxalq hüququn mexanizmlərindən istifadə etməyin vacibliyini vurğulayıb.

Toplantıda çıxış edən təşkilatın texniki müşaviri xanım Marqaret Sinclair proqramın üstünlüklərindən bəhs edib.

Daha sonra müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm