Nida.az
Alman jurnalist Qarabağa görə məhkəməyə verilir
Almaniyalı jurnalist Volfram Veinmer Qarabağla bağlı
böhtana görə məhkəməyə veriləcək.
Bu barədə Publika.az-a Alman Azərbaycan Mədəniyyət
Evinin icraçı katibi, Dünya Azərbaycanlıları Assambleyasının
təmsilçisi Rəşad Quliyev məlumat verib.
Onun sözlərinə görə, Almaniyanın “N-TV” kanalının internet
səhifəsində Azərbaycan əleyhinə yalan, böhtan dolu yazı dərc
olunub: “Məqalədə Azərbaycanla Ermənistan arasında baş verən məlum
hadisələr birtərəfli, qeyri-obyektiv şəkildə işıqlandırılıb,
hadisəni əsas hədəfindən yayındıraraq, xristian-müsəlman münaqişəsi
olaraq təqdim olunub. İddia olunub ki, münaqişədə guya Azərbaycanla
Türkiyə birləşərək xristian ermənilərinə qarşı müharibə aparır.
Yazıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın
şəxsiyyəti ləkələnib, hər iki lider Qarabağda baş verənlərə görə
ittiham obyekti olub”.
R. Quliyev bildirib ki, yazı müəllifi Volfram Veinmer obyektiv
araşdırma aparmayıb: “Bu yazı erməni lobbisinin sifarişidir.
Xaricdə olan bizlər də bu yazıya biganə qalmayaraq Dünya
Azərbaycanlıları Assambleyası olaraq bu yazıya etirazımızı
bildiririk. Bəyan edirik ki, böhtan yaydığına görə yazı müəllifini
və bu yayım orqanını Almaniya Federativ Respublikasının məhkəmə
orqanına verəcəyik. Hazırda bu böhtana cavab olaraq Almaniyada və
dünyanın başqa ölkələrində fəaliyyət göstərən 100-ə yaxın
təşkilatların və xaricdə təhsil alan tələbələrin imzasını
toplamışıq. İmza atanlar arasında almanlar, milliyyətcə yəhudi,
rus, gürcülər və digər xalqların nümayəndələri də var. İmza
toplanma həftə sonuna qədər davam edəcək”.
Dünya Azərbaycanlıları Assambleyası Volfram Veinmerə qərəzli
məqaləsini təkzib etməklə bağlı müraciət edib. Əks təqdirdə, onun
məhkəməyə veriləcəyi bildirilib.
Asif
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI