“Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik edilib
Bizi izləyin

Nida.az

“Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə barədə qanun imzalayıb.

Fərmana uyğun olaraq, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569; 2011, № 11, maddə 990; 2012, № 5, maddə 407) 29.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

"29.3. Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm