Nida.az
Qarabağın qaytarılması şərti AÇIQLANDI
Kremlin ideoloqu, Rusiyada Avrasiyaçılıq ideyasının
banisi Aleksandr Duqin Qarabağın Azərbaycana qaytarılmasının
şərtlərini dolayısı ilə açıqlayıb.
Publika.az xəbər verir ki, Duqin Dağlıq Qarabağ
münaqişəsinin indiki halda həll edilməyəcəyini iddia edib: “Əgər
Azərbaycan və Ermənistan Avrasiyaya daha çox inteqrasiya xəttini
əsas tutarsa, o zaman biz (Rusiyanı nəzərdə tutur-red) münaqişənin
həlli ilə bağlı fəal işə başlaya və problemin aradan qaldırılması
üçün hüquqi yollar təklif edə bilərik. Ermənistan artıq Avrasiyaya
doğru inteqrasiya edir, gərək Azərbaycan da bunu etsin. Yalnız o
halda nəsə edə bilərik”.
Əks təqdirdə, Kremlin ideoloqu münaqişənin həll edilməyəcəyini açıq
şəkildə bəyan edir.
“İndiki status-kvo Rusiyaya sərf edir”, - deyə o bildirir.
Onun sözlərinə görə, münaqişənin eskalasiyası heç bir tərəf və
regional güclərə sərf etmir: “Hətta Türkiyənin özünə belə müharibə
sərfəli deyil”.
Duqinin iddiasına görə, Qarabağda müharibəni yalnız amerikalılar
istəyir: “Onlar Rusiyanı regionda daha çətin vəziyyətə salmaq
niyyətindədirlər”.
Kremlin ideoloqu açıq şəkildə bildirir ki, Qarabağda müharibə
başlayacaqsa, Rusiya Ermənistanı müdafiə etməyəcək.
“Müharibə Rusiyaya sərf etmir. Ermənistan Rusiya ilə strateji
müttəfiqdir və hərbi yardım haqda müqavilələr var. Amma Rusiya
regional maraqlarına görə, onu dəstəkləyə bilməz. Buna görə də
Moskva təcili şəkildə münaqişəni həll etmək niyyətindədir”, - deyə
o bildirib.
Duqin Azərbaycana Gürcüstan versiyasını xatırladır və onun
fikirləri daha çox təhdidə bənzəyir.
“Qarabağ Azərbaycanın ərazisidir. Bunu Rusiya daxil olmaqla bütün
beynəlxalq ictimaiyyət qəbul edir. Lakin reallıq başqadır. Baxın,
beynəlxalq ictimaiyyət Cənubi Osetiyanı və Abxaziyanı da
Gürcüstanın tərkib hissəsi kimi tanıyır. Lakin regionda Rusiyasız
hərəkət etmək belə nəticələr doğura bilər. Bura Cənubi Qafqazdır və
2008-ci ildə Gürcüstanda yaşananlar Qarabağ münaqişəsi tərəflərinin
gözü önündə oldu. Əgər Qarabağda müharibə başlayacaqsa, biz
müdaxilə etməyə məcbur olacağıq. Fikrimcə, Dağlıq Qarabağ həlli
olmayan münaqişələrdəndir, xüsusilə indiki məqamda bu mümkün
deyil”, - deyə o bildirib.
Kremlin ideoloqu münaqişənin həlli üçün şərt irəli sürür və bildirir: “Bu, Azərbaycanın daha çox Avrasiyaya inteqrasiyasından asılıdır. Ermənistan artıq bu yoldadır. Əgər Azərbaycan da eyni istiqaməti seçərsə, biz problemin həlli üçün hüquqi təkliflər irəli sürə və daha fəal çalışa bilərik.
Duqin sülhməramlıların Qarabağa yerləşdirilməsi haqda danışarkən
belə planın olmadığını iddia edib. Lakin onu da qeyd edib ki, əgər
bu baş verərsə, yalnız qırğının qarşısının almağa yardım edə bilər:
“Təsəvvür edin, BMT sülhməramlıları bölgəyə gələrsə,
azərbaycanlıları öz ərazilərinə qaytaracaq. Lakin bu yeni
müharibənin əsasının qoyulması deməkdir. Yalnız Rusiya qoşunlarının
bura yerləşdirilməsi müharibəyə son qoya bilər. Rusiya qoşunları
Qarabağa yerləşərsə, əminəm ki, buradan hər kəsi çıxaracaqlar.
“Lavrov planı”nda rayonların Azərbaycana qaytarılması məsələsi
sadəcə diplomatik manevrdir. Geosiyasi nöqteyi-nəzərdən Rusiya
yalnız Dağlıq Qarabağda status-kvonun saxlanılmasında
maraqlıdır”.
Və Duqin sonda etiraf edir: “Biz münaqişədə maraqlıyıq”.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB