Nida.az
“Azərbaycanı müdafiə etməyə başlayanda məni işdən çıxardılar”
“Mən nəinki Azərbaycan, həm də Türkiyə haqda çıxışlarım zamanı “İhlas” Xəbər Agentliyindən heç bir xəbərdarlıq almamışdım. Bu qərar qəfil oldu”.
Publika.az xəbər verir ki, bu barədə “İhlas” Xəbər Agentliyinin Moskvadakı keçmiş müxbiri, Rusiya-Türkiyə münasibətləri və Dağlıq Qarabağ məsələsində Rusiya telekanallarında ermənilərlə ciddi mübarizə aparmış Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyəni müdafiə etdiyim vaxt deyil, Azərbaycanı müdafiə etdiyim zaman işdən çıxarılması diqqət çəkən məqamdır.
“Yəni məhz Dağlıq Qarabağ haqda fikirlərimi səsləndirdikdən
sonra qəfil şəkildə işdən çıxarıldım. Buna görə də işdən
çıxarılmağımın səbəbini Rusiyada erməni lobbisinin “İhlas”ın
içindəki əlaqələrində görürəm. Yəqin ki, gec-tez işdən
çıxarılmağımın əsas səbəbi ortaya çıxacaq”, - deyə o
bildirib.
F. Abbasov hesab edir ki, Rusiyanın ABŞ və Avropa ilə informasiya müharibəsi apardığı bir vaxtda bu məqamdan istifadə etməliyik: “Fikrimcə, biz indi Rusiya mediasına öz mütəxəssislərimizi yerləşdirə bilsək, ruslar bunu məmnuniyyətlə qəbul edərlər. Çünki onlara Qərb düşüncəli mütəxəssislərdənsə, regionu tanıyan insanlar lazımdır”.
Asif
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO