• USD 1,7000 0,00% EUR 1,9850 +0,38%
    • GBP 2,1863 +0,71% RUB 0,0215 -0,93%

İlham Əliyev Maltanın xarici işlər nazirini qəbul etdi

İlham Əliyev Maltanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Maltanın xarici işlər naziri Corc Vellanı qəbul edib.

Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın bu günlərdə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakını yüksək qiymətləndirdi.

Malta Prezidentinin səfəri zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında da müzakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı Maltanın Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin fəal iştirakçısı olduğunu vurğuladı. Malta Respublikasının Baş naziri Cozef Muskatın Azərbaycana ötənilki səfərini də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu dəfə Malta xarici işlər nazirinin Bakıya səfərini əməkdaşlığımızın dinamik şəkildə davam etdirilməsinin göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan ilə Malta arasında fəal tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdi, Maltanın xarici işlər naziri Corc Vellanın ölkəmizə səfərinin mövcud əməkdaşlıq formatının möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Xarici işlər naziri Corc Vella Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkəsinin Prezidentinin Bakıya səfərindən və keçirdiyi görüşlərdən məmnun olduğunu dedi.

Maltanın Azərbaycan ilə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyən Corc Vella ikitərəfli münasibətlərin yalnız enerji deyil, hər iki ölkə üçün qarşılıqlı faydalı ola biləcək bir sıra digər sahələrdə möhkəmləndirilməsi üçün də yaxşı potensialın olduğunu bildirdi, bu istiqamətdə imkanların araşdırılmasının vacibliyini vurğuladı.

Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malta Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR