Müdafiə Nazirliyi Qarabağda döyüşmüş rus zabitini mükafatlandırdı
Bizi izləyin

Nida.az

Müdafiə Nazirliyi Qarabağda döyüşmüş rus zabitini mükafatlandırdı

Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev ölkəmizin Rusiyadakı səfirliyində 90-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu "Hərbi xidmətlərə görə" dövlət mükafatı ilə təltif edib.

Publika.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, K.Vəliyev qeyd edib ki, S.Uvarov Azərbaycan Silahlı Qüvvələrində xidmətinə görə bu mükafata layiq görülüb: "Azərbaycan Ermənistan tərəfindən təcavüzlə qarşılaşıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin əksəriyyəti hərbçi yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyini və bütövlüyünü qoruyublar. Hazırda Azərbaycan bir çox xalqlar üçün Vətəndir".

S.Uvarov göstərilən diqqətə görə təşəkkür edib, hərbçi yoldaşlarını və xidmət illərini xatırlayıb: "Şadam ki, hazırda Azərbaycan və Rusiyanın mehriban münasibətləri var. Bu, ölkələrimizin rəhbərlərinin müdrikliyi sayəsində baş verir".

O, hesab edir ki, hazırda Azərbaycan Ordusu 20 il əvvəlkindən xeyli güclüdür: "Azərbaycan Ordusu döyüş bacarığı olduğunu göstərdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm