İlham Əliyev: “Sosial məsələlər uğurla həll olunur”
Bizi izləyin

Nida.az

İlham Əliyev: “Sosial məsələlər uğurla həll olunur”

“Son illər ölkədə 500 xəstəxana və tibb ocağı tikilib. Bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur”.

Publika.az APA-ya istinadən verdiyi məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bunu Ağsu rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, ölkəmizin qüdrətinin artırılması istiqamətində işlər davam etdirilir: “İndi ənənəvi istehsal sahələrinin inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, indi Ağsu da daxil olmaqla, ölkədə pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Ağsunun sosial-iqtisadi inkişafı hər zaman diqqətdə saxlanılır və bu proses davam etdiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm