Pakistana yeni səfir təyin edildi
Bizi izləyin

Nida.az

Pakistana yeni səfir təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əli Əlizadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm