Sarkisyanın arvadı ilə bağlı “Qarabağ qalmaqalı” səngimir
Bizi izləyin

Nida.az

Sarkisyanın arvadı ilə bağlı “Qarabağ qalmaqalı” səngimir

Ermənistanın birinci xanımı Rita Sarkisyan ətrafında qalmaqal davam edir.

Publika.az xəbər verir ki, “Aykakan Jamanak” qəzeti erməni deputat Ermine Naqdalyanın məhz Serj Sarkisyanın arvadının vasitəçiliyi ilə cəzadan qaçdığını yazır.

Qeyd edək ki, E. Naqdalyan beynəlxalq hüququn Ermənistana Dağlıq Qarabağı nəzarətdə saxlamaq haqqı vermədiyini bildirib. Bundan sonra ona qarşı təzyiqlər başlayıb. Bəziləri AŞPA-da Ermənistan nümayəndə heyətinin rəhbəri, həmçinin, hakim Respublika Partiyasının üzvü olan Naqdalyanın deputatlıqdan məhrum edilməsini tələb edir. Lakin erməni mediası onun birinci xanım Rita Sarkisyanın adamı olduğunu, buna görə də heç kimin ona heç nə edə bilməyəcəyini qeyd edir. (http://publika.az/p/134511).

“Aykakan Jamanak” qəzeti hazırda Naqdalyanın hakim Respublika Partiyasında ciddi narazılıqla qarşılandığını qeyd edib. Qəzet əlavə edir ki, Sarkisyandan onu cəzalandırmaq tələb olunub.

“Lakin Naqdalyan Sarkisyanın arvadı Rita ilə yaxın münasibətlərə malikdir. Onu, “Ritanın adamı” deyə tanıyırlar. Naqdalyanın cəzalandırılmaması üçün Ritanın Serjə təzyiq etdiyi haqda informasiyalar var. Bu məsələ Sarkisyan ailəsi üçün də ciddi nəticələrə gətirib çıxara bilər. Hazırda sosial şəbəkələrdə insanlar Rita Sarkisyanı sərt tənqid edirlər. ekspertlər bu tənqidlərin etiraz aksiyası ilə nəticələnə biləcəyini düşünürlər”, - deyə qəzet qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm