“Qaz müharibəsi”ndə Qarabağ faktoru: daha bir sirr açılır
Bizi izləyin

Nida.az

“Qaz müharibəsi”ndə Qarabağ faktoru: daha bir sirr açılır

Türkiyənin “Habertük” qəzeti Dağlıq Qarabağda aprel müharibəsi və son dövrlər baş verənləri enerji amili kontekstində şərh edib.

Publika.az xəbər verir ki, “Azərbaycan və Ermənistan arasında müharibədə enerji hansı yeri tutur?” sualını şərh edərək, Rusiyanın bu müharibədə maraqlı olduğunu yazıb: “Rusiya təcrid etmə siyasətinə qarşı tədricən sərt reaksiyalarını göstərməyə başlayıb. BMT-nin Krımın statusunu qəbul etməməsi fonunda Rusiyanın Avropaya qaz satmağı çətinləşir. Hansı ki, Rusiya hazırda “Şimal axını - 2” layihəsi üzrə Avropaya qaz çatdırmaları uğrunda mübarizə aparır. Brüssel isə Azərbaycan, İsrail və Cənubi Kipr kimi alternativlərə baxır. Burada ABŞ-ın son zamanlar Cənub Qaz Dəhlizi layihəsinə diqqətinin artması xüsusi qeyd olunmalıdır. Layihə artıq bəyənilib və üzərində iş gedir. Bu fakt Rusiya üçün ciddi narahatlıq yaradır. Eyni zamanda, Rusiya İsrail, yaxud Cənubi Kipr qazının gündəmə gəlməsini istəmir. Məlumdur ki, Rusiya banklarının Cənubi Kiprdə böyük aktivləri var. Moskva bu amildən istifadə edərək, Cənubi Kipr və Yunanıstanı öz orbitinə çəkir. Proseslərin analizi Rusiyanın qlobal enerji siyasətinə dəyişiklik etmək üçün Qarabağda müharibəyə maraqlı olduğunu deməyə əsas verir. Lakin müharibə region üçün tamamilə əlverişsizdir”.

Qəzet onu da əlavə edib ki, Minsk qrupunun üzvləri – ABŞ, Rusiya və Fransa Qarabağ münaqişəsini istənilən vaxt həll edə bilərlər: “Çünki onlar münaqişəni öz aralarında artıq ticarət predmetinə çevirib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm