Sülhəddin Əkbər Milli Şuraya gələcəklə bağlı xəbərdarlıq etdi
Bizi izləyin

Nida.az

Sülhəddin Əkbər Milli Şuraya gələcəklə bağlı xəbərdarlıq etdi

Sülhəddin Əkbər Milli Şuraya gələcəklə bağlı xəbərdarlıq etdi


“Milli Şura demokratik qüvvələrin Koordinasiya Mərkəzinə çevriləcəksə, xalqın dəstəyini qazana biləcəksə, perspektivi olacaq. Əgər bu vəzifələri yerinə yetirə bilməyəcəksə, nəinki Milli Şuranın, heç bir qurumun perspektivi olmayaq”.

Bu barədə Milli Şuranın üzvü, Azad Demokratlar Partiyasının (keçmiş ACP-red) Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Publika.Az -a açıqlamasında deyib. Onun fikrincə, bütün demokratik qüvvələr bir araya gəlsələr də xalqın dəstəyini qazana bilməsələr yenə də perspektiv olmayacaq: “Cəmiyyətdə ictimai-siyasi passivlik var və seçkilərdən sonra bu passivlik daha da güclənir. Dəyişikliyə inam yaranmayana qədər ola bilsin ki, bu ictimai-siyasi passivlik davam edəcək”.
S. Əkbər yaratdığı yeni partiyadan da danışıb. Hazırda qurultaya hazırlıq prosesinin getdiyini deyən təşkilat komitəsinin sədri yeni partiyanı iyunda təsis etmək fikrində olduqlarının, ona qədər isə rayon təşkilatlarında təsiri konfranslarının yekunlaşdırılacağını bildirib.

“Partiyanın bütün rayonlarda şöbələri yaradılacaq. İnsanların əhval-ruhiyyəsi həmişə dəyişkəndir. Gələcəyə ümidlə baxırıq. İndiki şərtlərdə yeni partiyanın yaradılması nə qədər çətin olsa da bu partiyanı yaradacağıq. Hazırda KXCP-nin qərargahında fəaliyyət göstəririk. Qurultaydan sonra yeni qərargah barədə düşünəcəyik. Qanuna görə rəsmi sənədlərimiz təsis qurultayının sənədləri olacaq. Təsis konfransı keçirərkən protokollar tərtib ediləcək. Nizamnamə qəbul etmədiyimizə görə partiyanın rəhbər orqanları və müvafiq təlimatlar da yoxdur. Daha sonra Ədliyyə Nazirliyinə müraciət olunacaq. Partiyanın adından da göründüyü kimi liberal-demokratik partiyadır: “Təməl prinsipləri fərdiyyətçilik, liberal məhdud dövlət, azad bazar iqtisadiyyatı, nümayəndəli demokratiya və insan haqları olacaq. Müxalif mövqedə dayanıb Azərbaycanın azadlığı, demokratiyası, hüquqi dövlət, açıq cəmiyyət qurmaq uğrunda mübarizə aparacağıq. Xarici siyasətin əsas sektoru ölkəmizin Avropaya və Avroatlantik məkana inteqrasiyasıdır”-deyə o bildirib. Qeyd edib ki, ölkədə Azərbaycan Liberal Partiyası və Azərbaycan Demokrat Partiyası olsa da, ayrıca partiyaya ehtiyac duyulduğundan Azad Demokratlar Partiyasını yaradırlar: “Müəyyən qrup adamlar var ki, onlar müstəqil siyasət yürütmək istəyirlər. Həm siyasətin qurulmasında, qərarların qəbulunda, həm də onların icrasında müstəqil olmaq istəyirlər. Mən yeni qüvvələrin cəlb olunmasının tərəfdarıyam. Amma bu o demək deyil ki, tanınmış siyasətçilər partiyamızda olmayacaq. Lakin bu, bizim üçün prioritet deyil. Müsavat və ya Açıq Cəmiyyət Partiyasından kimlərsə üzv olmaq istəyəcəksə təbii ki, qapılarımız dostların üzünə açıqdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm