Asim Mollazadə: “Təhlükə qarşısında NATO ilə yaxınlaşmaq mümkündür”
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “Təhlükə qarşısında NATO ilə yaxınlaşmaq mümkündür”

“Təhlükə qarşısında NATO ilə yaxınlaşmaq mümkündür”


“Rusiya və digər təhlükə qarşısında NATO ilə yaxınlaşmaq mümkündür”.Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.Az -a açıqlamasında NATO-nun Rusiya ilə əməkdaşlığı dayandırması və post-sovet ölkələri ilə daha dərdin əməkdaşlıq etmək niyyətində olmasına münasibət bildirərkən deyib.

Lakin millət vəkili qeyd edib ki, hansısa regional təhlükəsizlik birliyi olmadığına görə NATO-ya üzv olmayan ölkələr müvafiq problemlərlə üzləşib: “Mənə elə gəlir ki, NATO da bu sistemlə ölkələri öz təhlükəsizlik sisteminə qəbul etməkdən də çəkinir. Burda müəyyən avroatlantik əməkdaşlıda da problemlər var. Bu da NATO-nun genişlənməyə hazır olmadığı ilə bağlıdır. Hazırda NATO-nun genişlənməklə bağlı hər-hansı qərar yoxdur. Bu məsələ ilə bağlı Gürcüstan və Ukraynada referendum keçirildi, lakin NATO bu ölkələri qəbul etmədi. Söhbət əməkdaşlıqdan və bunun genişlənməsindən gedir”.

A. Mollazadə bildirib ki, Azərbaycan NATO il çox şaxəli əməkdaşlıq aparır. Onun sözlərinə görə, bu əməkdaşlıq Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində daha da genişlənir: “Hansısa yeni əməkdaşlıq məsələləri olsa, biz bundan məmnunuq. Amma NATO genişlənməyə hələ hazır deyil və bununla bağlı yeni qərarlar da yoxdur. Biz düşünürük ki, söhbət çox şaxəli əməkdaşlıqdan və silahlı qüvvələrin NATO standartlarına yaxınlaşması ilə bağlı ortaq məqamların həyata keçirilməsindən gedir. Azərbaycan da bu istiqamətdə uzun illərdir əməkdaşlıq edir. Bu əməkdaşlığın genişlənərsə, Azərbaycan bundan yalnız məmnun olar”.
Komitə üzvü vurğulayıb ki, 2008-ci ildə Buxarest sammitində Ukrayna və Gürcüstana “yox” cavabı veriləndən sonra bu ölkələri problemləri daha da artdı.

“Bu baxımdan, ən düzgün siyasət Azərbaycan tərəfindən aparılır. Azərbaycan anladı ki, NATO buna hazır deyil və belə cəhdlərin davam etməsi kənarda qıcıq yaradır. Ona görə də Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıq nəznində münasibətləri nə qıcıq yaradır, nə də boş yerə bağlı olan qapıları döymür”-deyə millət vəkili bildirib.
A. Mollazadə hesab edir ki, NATO ilə əməkdaşlığın bir forması da GUAM ilə aparıla bilər: “Azərbaycan GUAM çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığı artırmağa- terrorla mücadilə, sərhədlərin qoruması istiqamətində əməkdaşlığın güclənməsinə çağırıb. Mənə elə gəlir ki, Azərbaycan GUAM-NATO əməkdaşlığına hazırdır. Bu istiqamətdə əməkdaşlığı artırmaqla bağlı təkliflər olub. NATO buna hazırdırsa, GUAM çərçivəsində də əməkdaşlıq edə bilərik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm