Ərdoğan Bakıda nurçuları müzakirə edəcəkmi? - Rəy
Bizi izləyin

Nida.az

Ərdoğan Bakıda nurçuları müzakirə edəcəkmi? - Rəy

Ərdoğan Bakıda nurçuları müzakirə edəcəkmi?


“Ərdoğanın səfərində bir çox məsələlər müzakirə olunacaq, o cümlədən də nurçuluq məsələsi”.
Bu barədə politoloq Zərdüşt Əlizadə Publika.Az -a açıqlamasında Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın aprelin 4-də Bakıya səfəri haqqında deyib.

Lakin politoloq hesab edir ki, buna o qədər də əhəmiyyət verilməyəcək: “Nurçuluqla bağlı Azərbaycandakı kadr dəyişikliyi ölkənin daxili məsələsidir. Bu, Türkiyə ilə dolayısı yolla bağlıdır. Nurçuların da əsas istehkamı Türkiyədir, Azərbaycan deyil. Ərdoğan bu məsələni həll etmək istəyirsə türk ictimaiyyətində hərəkətə keçəcək. Azərbaycanda isə bu məsələ 3 ya da 5 faiz həll oluna bilər. Lakin güman ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqdan tutmuş enerji məsələləri, bölgədəki və Ukraynadakı vəziyyət müzakirə mövzusu olacaq, həmçinin bunların arasında nurçuluq məsələsi də danışıla bilər”.

Z. Əlizadə qeyd edib ki, səfərdə hərbi məsələlər müzakirə olunsa da, Qarabağ məsələsinin üzərində dayanılmayacaq: “Çünki bu məsələ Türkiyədən az asılıdır. Bu, əsasən İrəvan, Bakı və Moskva üçlüyünə bağlıdır”.

Politoloq Ərdoğanın Rusiya məsələsinə görə Qərbin Bakıya mesajını gətirdiyi iddialarını doğru hesab etmir.
“Qərbin mesajını Ərdoğan çatdırmayacaq. Qərbin özünü dili də var, dilçəyi də. Bakıda səfirlikləri də var, mütəmadi mesaj ötürən kanalları da”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm