Nida.az
“DQR” məsələsini uzadaraq, Qarabağın azad edilməsini...” - MÜSAHİBƏ
Bu gün Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş
torpaqlarında yaradılan qondarma “DQR” rejiminin tanınması
məsələsinə baxaraq, bununla bağlı irəli sürülən qanun layihəsini
parlamentə göndərib. Ekspertlər İrəvanın bunu daha çox şantaj kimi
ortaya atdığını düşünür. Lakin “dördgünlük müharibə”dən sonra
yaranmış situasiyada bu məsələnin gündəmə gəlməsi
maraqlıdır.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay
Publika.az-a müsahibəsində bu məsələni şərh
edib.
- Ermənistan Qarabağın tanınması məsələsini niyə indi
gündəmə gətirir?
- Aprel ayının əvvəlində baş verən silahlı toqquşma Ermənistan
üzərində böyük bir şok yaratdı. Qarabağ XXI yüzillikdə dövlətlər
qanununa görə artıq bu şəkildə statussuz qala bilməz. Ermənistan
işğalçıdır və mövcud vəziyyət artıq davam edə bilməz. Qarabağ
Ermənistanın belində böyük bir iqtisadi yükdür. Ermənistanın öz
iqtisadiyyatı hər il bir az da çökür. Apreldə baş verən gözlənilməz
müharibə erməni xalqını münaqişədən bezdirməklə yanaşı, həm də
oyandırdı. İrəvan küçələrində Rusiya əleyhinə aksiyalar keçirildi.
Rusiya baş verənləri izləyir və Ermənistan hakimiyyəti üzərində
təzyiqlərini artırır. Ermənistan hakimiyyətinin də vəziyyətdən
çıxmaq, xalqın diqqətini vətənpərvərliyə yönəldərək, etirazları
səngitmək üçün bəzi addımlar atacağı gözlənilən idi. Müxalifət
deputatları olan Zaruhi Postanyan və Qrant Baqratyan tərəfindən
Qarabağın müstəqilliyinin tanınması ilə bağlı irəli sürülən qanun
layihəsi iki maddədən ibarətdir: Ermənistan “DQR”-in müstəqilliyini
tanıyır, adıçəkilən qanun layihəsi bir gün sonra tətbiq olunur. Bu
layihəni müxalifət deputatları irəli sürsə də, erməni hökumətinin
maraqlarına uyğundur. Çünki bütün diqqətlər bura yönəlib.
Ermənistan Qarabağı tanıma blefi ilə Azərbaycanı bir neçə gün
narahat etməyi planlaşdırır.
- Necə düşünürsünüz, bu qanun layihəsi qəbul
ediləcəkmi?
- Ermənistan xarici işlər nazirinin müavini Koçaryan bir
jurnalistin “Ermənistan hökuməti 5 mayda Qarabağın tanınması
məsələsini dəstəkləyəcəkmi” sualını cavablandırarkən, “əslində
hökumətin gündəmində qanun layihəsini səsverməyə qoymaq yox, onun
dəyərləndirilməsi var” deyə cavab vermişdi. Koçaryan yeni müharibə
başlayacağı təqdirdə, “DQR”-in müstəqilliyinin tanınmasının gündəmə
gələcəyini açıqladı. Bu açıqlama Ermənistan hökumətinin Azərbaycanı
dayandırmaq üçün tanınma məsələsinin müzakirəsini uzadacağını
göstərir. Yəni Ermənistan parlamenti “DQR”-in tanınması məsələsinin
müzakirəsini uzadaraq, Azərbaycanın ərazilərini azad etmək
addımlarını əngəlləməyə çalışacaq. Fikrimcə, bu Azərbaycana qarşı
şantaj addımıdır.
- Bir çox ekspert bu qanun layihəsinin qəbul ediləcəyi
təqdirdə, müharibənin başlayacağını düşünür. Aprel döyüşlərindən
sonra Ermənistanın buna gedəcəyi gözləniləndimi?
- Ermənistan məhz Azərbaycanla müharibədən çəkindiyi üçün belə bir
təhdid ünsürünü formalaşdıraraq, bunu “kozır” kimi istifadə etmək
istəyir. Buna paralel olaraq, erməni tərəfi vaxt udaraq, mümkün
müharibəyə də hazırlaşacaq. Xüsusilə Rusiyanın açıq dəstəyini
alaraq, fərqli siyasət yürüdəcək. Azərbaycan bu iki təhdid
qarşısında, yəni Qarabağın tanınması riski ilə Rusiyanın Ermənistan
lehinə bölgədə dövriyyəyə girməsi ehtimalına qarşı diplomatik
fəaliyyətini gücləndirməlidir. Ermənistan həm tanınma məsələsindən,
həm də Rusiya kartından istifadə edərək, Azərbaycanın ərazi
bütövlüyünü hərbi yolla bərpa etmək ehtimalını zəiflədir. Burada
önəmli olan Ermənistanın müharibəyə hazır olması yox, Azərbaycanın
bu həmlələrə qarşı nə edəcəyidir.
- Belə görünür ki, Qarabağda müharibə başlaması ehtimalı
var.
- Qarabağda müharibə başlaması ehtimalı zəif görünsə də,
müharibənin qəfil alovlanması ehtimalı yüksəkdir. Ermənistan
müharibədən çəkindiyi üçün zaman qazanmaq istəyir. Hər keçən zaman
isə Azərbaycanın əleyhinə işləyir. Azərbaycan müharibə ehtimalını
gündəmə tutaraq, əsas addımlarını diplomatiyaya yönəltməlidir.
Qarabağda müharibə regiona yayıla, böyük ehtimalla Rusiya
torpaqlarına da sıçraya bilər. Qərb də Rusiyanı çökdürmək üçün hər
bəhanəni dəyərləndirir. Qarabağ müharibəsi bunun üçün yaxşı bəhanə
ola bilər. Əgər belə bir strategiyaya alət olacaqsa, Qarabağ
müharibəsi bölgəyə sülh yox, qarışıqlıq gətirir. Ona görə də
müharibədən çox, diplomatiyanın xeyri var. Ermənistan düşdüyü
iqtisadi çətinlikdən çıxmaq üçün Qarabağdan vaz keçə bilər. Çünki
Ermənistan iqtisadiyyatı Qarabağı saxlamağa çatmır.
Asif Nərimanlı
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...