Qarabağla bağlı qapalı iclasda Ohanyandan nə tələb olunub? – İLGİNC DETALLAR
Bizi izləyin

Nida.az

Qarabağla bağlı qapalı iclasda Ohanyandan nə tələb olunub? – İLGİNC DETALLAR

Ermənistan parlamentinin müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə dünən keçirilən qapalı iclasının detalları məlum olub.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, iclasda deputatlar Ohanyandan cəbhədə baş verənlər haqda hesabat verməsini tələb ediblər.

“1in.am” saytı iclasının məişət xarakteri daşıdığını yazıb: “Ohanyandan tələb ediblər ki, o, deputatları cəbhədə hər şeyin yaxşı olduğunu desin. Onlar buna arxayın etsin. Ordu yüksək səviyyədədir, istənilən hücumun qarşısını ala bilər. Yəni bu səviyyəli məişət xarakterli görüş keçirilib. Ohanyan da onları arxayın edib ki, ordu güclüdür, həm canlı, həm də texniki qüvvə var”.

“Azad demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan iclasda Rusiyanı Azərbaycana silah satmaqda ittiham edib.

Ohanyan isə onun fikirləri ilə razılaşmayıb. Bildirib ki, Rusiya Ermənistana daha aşağı qiymətə silah verir.

“Misal üçün, U-300 raketləri Ermənistana maya dəyərinə, Azərbaycana isə bazar qiymətinə satılıb”, - deyə erməni nazir qeyd edib.

Deputatlar iclasda Ohanyandan pilotsuz aparatların ölkədə istehsal edilməsi perspektivi haqda soruşublar. Bildiriblər ki, “dördgünlük müharibə” zamanı Azərbaycan Ordusunun müasir səviyyəli texnikalara malik olduğu aydın göründü. Ermənistan da öz mütəxəssislərindən istifadə edərək, özü uçan aparatlar istehsal edə bilər. Deputatların bu istəyi qarşısında Ohanyan həqiqəti etiraf etmək məcburiyyətində qalıb və deyib ki, Ermənistanda bunun üçün nə vəsait, nə də şərait var.

Sayt qeyd edib ki, Ohanyanın şişirdilmiş sözlərini və təsəllisini eşidən deputatlar dağılışaraq evlərinə gediblər: “Hansı ki, məişət səviyyəsində keçən iclasda onlar məhz təsəlli eşitmək istəyirdilər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm