Nida.az
Natiq Miri: “Davudoğlunun istefası Azərbaycana...”
“Davudoğlunun istefası Türkiyə-Azərbaycan
münasibətlərinə təsir etməyəcək. Çünki iki ölkə arasındakı
münasibətlər şəxslər üzərində qoyulmayıb. Bu münasibətlər mənəvi
köklərə sahibdir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli
Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Türkiyə
Baş naziri Əhməd Davudoğlunun istefasına münasibət bildirərkən
deyib.
Onun sözlərinə görə, Türkiyədə, yaxud Azərbaycanda hakimiyyətdə
kimin olmasından asılı olmayaraq, iki ölkənin münasibətləri həmişə
qardaşlıq prizmasına söykənəcək: “İndiyə qədər iki ölkənin
münasibətlərini pozmaq üçün bir neçə təxribatlar olub. Lakin heç
vaxt iki ölkənin cəmiyyətlərini bir-birinə qarşı qoymaq mümkün
olmayıb. Buna görə də Baş nazir postunda, yaxud hakimiyyətdə kimin
olmasının o qədər də əhəmiyyətli yoxdur”.
N. Miri Davudoğlunun istefasının səbəblərini də şərh edib.
“Fikrimcə, Türkiyə, xüsusilə AKP hökuməti hədəfindən sapmayıb.
Görünür, hədəfə doğru yolda müəyyən idarəetmə üsulları ilə bağlı
anlaşılmazlıqlar var. Belə ki, konstitusiyada dəyişiklik olmadığı
halda, Türkiyə dövlət başçısı prezident üsul-idarəsi yaradır. Belə
olanda da hökumət başçısının hüquqları tapdalanmış olur. Bu
baxımdan, anlaşılmazlıqları təbii qəbul edirəm və bu məsələdə
Davudoğlunu daha demokratik hesab edirəm”, - deyə o bildirib.
Politoloq qeyd edib ki, bundan sonra Türkiyədə dövlət başçısı daha
çox ön plana çıxacaq: “Lakin Türkiyə kimi güc olan bir ölkənin Baş
naziri də gərək həm ABŞ-da, həm Avropa Birliyində, həm də Rusiyada
qəbul olunan şəxs olsun. Davudoğlu bütün dünyada ciddi siyasətçi
olaraq qəbul edilirdi”.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK