Nida.az
Ermənistanın Qarabağ BƏYANATI
Ermənistan hökumətinin iki deputatın “Dağlıq Qarabağ
Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi
ətrafındakı söz-söhbətlər yersizdir.
APA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər
Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil:
“Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini
tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş
kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən
öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini
məlumatlandıracaq”.
Xatırladaq ki, bu gün Ermənistan hökuməti “DQR”in müstəqilliyinin
tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə
göndərib. Sözügedən sənədi bu gün hökumətin iclasında Ermənistan
xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci
ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları
əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ
ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə
baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq
Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may
ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış
atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul
olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri
Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa,
İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət
həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması
ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə
qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən
BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və
qurumların qətnamələri mövcuddur.
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR