Tahir Kərimli İrana gedir
Bizi izləyin

Nida.az

Tahir Kərimli İrana gedir

Azərbaycan deputatı Tahir Kərimli mayın 6-da İran İslam Respublikasının Təbriz şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili Təbriz Universitetinin təşkil etdiyi Qarabağla bağlı konfransda iştirak edəcək.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, torpaqlarımızın 20 faizinin erməni silahlıları tərəfindən işğal edilməsi, Azərbaycan vətəndaşlarının öz doğma yurdundan qaçqın və məcburi köçkün düşməsi, problemin həlli istiqamətində atılan addımlar, bu gün regionda yaranmış gərgin vəziyyət barədə müzakirələr keçiriləcək.

Konfransda mövzu ilə əlaqədar deputatımızın çıxışı nəzərdə tutulub. Tədbirdə, habelə İran-Azərbaycan əməkdaşlığının inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 8-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm