Qarabağda Türkiyə-Rusiya müharibəsi: ABŞ-ın məkrli oyunu, yoxsa...?
Bizi izləyin

Nida.az

Qarabağda Türkiyə-Rusiya müharibəsi: ABŞ-ın məkrli oyunu, yoxsa...?

“Rusiyanın əli ilə Qarabağ üzərindən Türkiyəyə ciddi təhdid formalaşdırılır”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazıb.

Qəzet diqqəti ABŞ-ın “Qarabağın taleyini referendum həll edəcək” açıqlamasına çəkir: “Rusiya və Fransa da eyni sözləri deyir. Halbuki Qarabağ Azərbaycanın bölgəsidir, erməni işğalından sonra orada əsrlərdir yaşayan azərbaycanlılar məcburi şəkildə köçürülüb. 25 ildir qaçqın və məcburi köçkünlər ölkənin digər bölgələrində yaşayırlar. Deməli, bunu bilə-bilə ATƏT və Minsk qrupu ədalətsiz yanaşırlar. Bu, dolayı ilə Azərbaycanın ərazi bütövlüyünü tanımamaq mənasını verir”.

“Star” qeyd edir ki, Qarabağda son günlər gərginlik artıb, Azərbaycan Ordusu ciddi şəkildə irəliləyib: “Azərbaycan hakimiyyəti böhranı yaxşı idarə edə bilir. Lakin əsas məsələ başqadır. Rusiya davamlı olaraq Ermənistanı müharibəyə məcbur etməklə, hansısa məkrli plan həyata keçirdir. Şübhəsiz ki, bölgəyə öz qoşunlarını yerləşdirmək niyyəti var. Lakin Naxçıvanın təhlükəsizlik məsələsi ortaya çıxarsa, Türkiyə dövriyyəyə girəcək. Yəni vəziyyət gərginləşəcəyi təqdirdə, Türkiyə Qars müqaviləsinə istinad edərək, Naxçıvanın təhlükəsizliyi baxımından proseslərə müdaxilə edəcək. Ermənistan ciddi şəkildə təhdidlər yağdırır, Rusiyanın onu müdafiə etdiyi aşkardır. Digər tərəfdən, Putin bir neçə prosesi eyni anda yürütməyi planlaşdırır. Misal üçün, ABŞ-ın indiyə qədər irəli sürdüyü təhdidlərə rəğmən, o, Birləşmiş Ştatları düşmən elan etmədi. Yeni müharibəni də Türkiyə üzərindən təşkil etmək istəyir. Suriyada da eyni ssenari tətbiq edildi. Kilisin vurulması, İŞİD və PKK əli ilə hücumlar Türkiyəni xaos ölkəsinə çevirmək planları mövcud idi. Rusiyayla ABŞ-ın bu məsələdə eyni hədəfə vurduğu anlaşılandır. Hazırda Rusiya eyni ssenarini Qarabağ üzərində də həyata keçirmək niyyətindədir. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda istənilən formada təmsil olunması məsələsi son günlər gündəmə gətirilir. Lakin Kreml bunu istəmir. Moskva Türkiyəni Qarabağda müharibəyə daxil etmək istəyir, amma türk ordusunun bu bölgəyə girməsinə qarşıdır”.

Qəzet qeyd edir ki, Rusiya yaranmış gərginliyi əvvəldən istəyirdi.

“Burada ABŞ da məkrli rol oynadı. Amerika Rusiyanın gücünü xərcləməsini istəyir. Amma burada əsas təhlükə Rusiyanın əli ilə Türkiyəyə qarşı yeni və açıq təhdid formalaşdırmaqdır”, - deyə qəzet qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm