Erməni siyasətçilər: “Dördgünlük müharibə” Sarkisyanın...”
Bizi izləyin

Nida.az

Erməni siyasətçilər: “Dördgünlük müharibə” Sarkisyanın...”

“Serj Sarkisyan uzun illərdir Ermənistanı qarət edir”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasətçi Aram Karapetyan deyib.

Onun fikrincə, Sarkisyanın komandası keçmiş prezident Levon Ter-Petrosyanın ətrafında birləşəcək: “İllərdir ölkəni qarət edənlərin ətrafında heç kim birləşməyəcək. Azərbaycanla “dördgünlük müharibə” hər şeyi ortaya çıxardı. Sarkisyan üç generalı çıxarmaqla nəsə etdiyinə dair imitasiya yaratdı. İndi də hər şey anlaşılmazdır. Əgər Qarabağın müstəqilliyinin tanınmasını gündəmə gətirirlərsə, onda niyə tanımırlar? Hər şey qarışıq olaraq qalır”.

“İrs” partiyasının üzvü Anait Baxşyan isə bildirib ki, “dördgünlük müharibə” Ermənistanda ciddi çatışmazlıqların olduğunu göstərdi.

“Hökumət anlaşılmaz hərəkət edir və biz bunu başa düşmürük”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm