Rusiyalı politoloq: “Bu, II Qarabağ müharibəsi deməkdir”
Bizi izləyin

Nida.az

Rusiyalı politoloq: “Bu, II Qarabağ müharibəsi deməkdir”

“Dağlıq Qarabağın tanınması müharibənin başlanması deməkdir”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Vladimir Jarixin deyib.

Onun sözlərinə görə, İrəvanın bu cür davranışı münaqişə üzrə danışıqlar prosesini əngəlləyir.

Ekspert düşünür ki, bu məsələnin Ermənistanda gündəmə gəlməsi daha çox emosional hisslərdən və çıxılmaz vəziyyətdən qurtulmaq cəhdlərindən irəli gəlir: “Bu addım Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa ilə də qarşıdurma deməkdir. Bu baxımdan ermənilərin buna gedəcəyi gözlənilən deyil”.

Qeyd edək ki, Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsinin bu gün Ermənistan parlamentində müzakirəsi gözlənilirdi. Lakin məsələ gündəliyə salınmayıb. Ekspertlər bunu Ermənistanın şantajı olaraq qiymətləndirilər.

V. Jarixin də hesab edir ki, məsələnin gündəmə gətirilməsi Ermənistanın bunu qəbul etməsi ilə nəticələnməyəcək.

Rusiyalı ekspert Dağlıq Qarabağda müharibənin yenidən başlama ehtimalına da toxunub.

“Vəziyyətin ciddi şəkildə kəskinləşməsi mümkündür. Xüsusilə beynəlxalq vasitəçilərin – ABŞ, Fransa və Rusiyanın münaqişə tərəflərinin hər hansı birinə dəstək verməsi müharibəni qaçılmaz edəcək”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm