KXCP-dən Pənah Hüseynin ideyasına münasibət
Bizi izləyin

Nida.az

KXCP-dən Pənah Hüseynin ideyasına münasibət

KXCP-dən Pənah Hüseynin ideyasına münasibət


“Ümummilli müqavimət hərəkatı təkcə müxalifətdən ibarət ola bilməz”.Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Publika.Az -a açıqlamasında Xalq Partiyasının sədri Pənah Hüseynin Rusiyaya qarşı ümumxalq müqavimət hərəkatının yaradılmasına münasibət bildirərkən deyib.
M. Mirəlioğlu bu ideyanı dəstəklədiyini deyib və qeyd edib ki, ümummillidirsə, bütövlükdə millətini düşünən, dövləti uğrunda mübarizə aparan, Vətəni üçün çalışan hər kəs bir arada olacaq: “Bu hərəkatda istisnasız olaraq iqtidar və müxalifət bir arada olacaq. Yalnız o zaman ölkəni təhdid edən istənilən təhlükəni rədd etmək mümkündür. Bu, birmənalı şəkildə belədir”.

M. Mirəlioğlu qeyd edib ki, Rusiya Azərbaycan üçün özünü qorxu və vahimə olduğunu göstərmək istəyir.
“Amma vahimənin içində ən çox qorxan özü də Rusiyanın özüdür. Rusiyanın özü üçün daha böyük qorxulu gələcək var, nəinki onun özünün qorxutduğu ərazi və coğrafiyalar üçün. Rusiya öz gələcəyini sual işarəsi altına qoyan odla oynamaqdadır. Bu od ancaq özünü yandıracaq, kənarda heç kəsi”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm