Nida.az
Qarabağdakı ermənilər: “Bizi insan hesab etmirlər, yeganə yol çıxıb getməkdir”
“Onların qulu olmaq istəmirik”. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağda yerləşdirilən ermənilər İrəvan hakimiyyəti və onların Xankəndində qurduqları qondarma rejimi haqda belə deyirlər.
Publika.az xəbər verir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində gördüklərini qələmə alan erməni jurnalist Avetis Babadjanyan ermənilərin daha həmin ərazilərdə yaşamaq istəmədiklərini yazıb.
“Qarabağdakı adi sakinlər artıq o həyatı yaşaya
bilmirlər. Mənim rastlaşdığım insanların hamısı “qoy vəziyyət
sakitləşsin, görək necə olacaq” deyə bildirirlər. Onlar deyirlər
ki, nə vaxt müharibə olur, hakimiyyət “ümumi vətənimizi qoruyaq”
deyir və onlar da bununla razılaşırlar. Amma nə vaxt ki
sakitlikdir, artıq təhlükə ötüşür, o zaman aydınlaşır ki, hər şey
yalnız bir insanın mülkiyyətidir. Torpağın üstündə və altındakı
bütün sərvətlər bir neçə insana aiddir. Əgər sadə insanın bir parça
torpağı varsa və o bunu əkib-becərmək istəyirsə, ona imkan
verilməyəcək. Çünki bütün suvarma sistemləri bir neçə şəxsin şəxsi
mülkinə çevrilib. Sadə insanlar isə ilboyu yarıac-yarıtox
yaşayır”, - deyə erməni jurnalist qeyd edir.
O, çayların bütün suyunun Ermənistanın baş nazirinin min
hektarlarla əkin sahələrinə axdığını yazır: “Həmsöhbət olduğum
insanlar bunu əminliklə bildirirlər. “Onlar istəmir ki, biz normal
yaşayaq. Biz təhlükə olmayanda hakimiyyətin qulu oluruq. Müharibə
vaxtı isə bizə vətənpərvərlik dərsi keçirlər. Əgər belə davam
edəcəksə, biz buraları tərk edəcəyik”, - deyə həmsöhbətlərimdən
biri bildirir. İnsanlar “dördgünlük müharibə”dən sonra psixoloji
inqilab həddinə çatıb. Söhbətləşdiyim insanlar deyir ki, vəziyyət
belə davam etsə, onlar daha buna dözməyəcək və sosial partlayış
olacaq. “Biz hamımız bu vəziyyətdən yorulmuşuq, daha dözmək
mümkün deyil. Mən əvəzində heç nə almadan nəyinsə uğrunda öz
sağlamlığımı fəda edə bilmərəm. Bizi insan hesab etmirlər, biz
yalnız onların əmlakını müdafiə etmək üçün lazımıq. Axı mənim də
nəyimsə olmalıdır. Əgər mənə burada heç nə vermirlərsə, bircə yol
qalır, çıxıb getmək”, - deyə sadə insanlar bildirirlər.
Güman ki, yaxın günlərdə biz onların çoxunun başqa şəhərlərə, yaxud
digər ölkələrə gedəcəyinin şahidi olacağıq”.
Avetis Babadjanyan qeyd edir ki, Xankəndində mallar tapılmır:
“Olan mallar isə İrəvan qiymətinədir. Qaz çox bahadır, həmçinin,
benzin və digər məhsullar. Həmsöhbətlərim deyir ki, əksər sahə
oliqarxların inhisarındadır. Sadə insanlara nəyisə istehsal etməyə,
yaxud haradansa gətirməyə icazə vermirlər”.
Məsələn, mağaza sahiblərindən biri deyir ki, artıq 9 aydır
onlara un gətirməyi qadağan ediblər. “Deyirlər ki, yalnız yerli un
satılsın. Amma biz bilirik ki, buğda sahələri kimə aiddir. Onlar
istəmir ki, rəqabət olsun və beləcə istədikləri qiymətə sata
bilsinlər”, - mağaza sahibi deyir. Lakin həmin erməni
inhisarçılığın kimə aid olduğunu demək istəmir: “Mən kiçik
mağazam hesabına güclə dolanıram və problem istəmirəm. Hər kəs o
insanların kim olduğunu yaxşı bilir. Əgər mən ad çəksəm, sabah
gəlib deyəcəklər ki, sənin sənədlərin qaydasında deyil,
qanunsuzdur. Bir gün ərzində əlindəki hər şeyi alarlar, hətta
təəccüblənməyə vaxt tapa bilməzsən”.
Erməni jurnalist Dağlıq Qarabağdakı ermənilərin çıxıb getmək
istədiklərini yazır: “Amma onlara bu da qadağan olunub. Əksəriyyət
gizli yollarla gedir, yaxud rüşvət verərək, öz canını buradan
qurtarır. Mən orada hər kəsin tezliklə qaçmaq istədiyinin şahidi
oldum”.
Asif Nərimanlı
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb