Nida.az
İrəvan "oyundan kənarda": müttəfiqləri Bakını dəstəkləyir
“Ermənistanın bütün hərbi müttəfiqləri tam heyətlə
Azərbaycanı dəstəkləyir. “Dördgünlük müharibə”də bunun şahidi
olduq. Amma hökmdarlarımız bizi gic yerinə qoyub”.
Publika.az xəbər verir ki, bu barədə
“armanianreport” saytında yayımlanan məqalədə deyilir.
Məqalənin müəllifi Romella Mnasakanyan yazır ki, Ermənistan
hökuməti əhalini səfeh yerinə qoyur: “Həm də bunu utanmadan
mütəmadi olaraq edirlər. Onlar xalqın qəzəbinə tuş gələcəklərini
düşünmürlər. Görünür, bizdən qorxmurlar. Misal üçün, bizim “əla”
müdafiə nazirimiz Seyran Ohanyan bazar ertəsi keçirdiyi brifinqdə
Dağlıq Qarabağın tanınması haqda danışır. Axı müdafiə naziri bu
məsələdən necə danışa bilər? O, dürüst olsaydı, bu yaxınlardakı
müharibədə məğlubiyyətin səbəblərini izah etməli idi. Amma o,
diplomatiyadan danışır”.
Müəllif qeyd edir ki, aprel döyüşlərində Ermənistan nə Rusiyadan,
nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)
dəstək almadı: “Əksinə, bizim hərbi müttəfiqlərimiz tam heyətlə
Azərbaycanı dəstəklədi. Rusiya diplomatiyası da Bakıya üstünlük
verdi. Sergey Lavrov rəsmi Bakının ünvanına əbədi dostluq tərifləri
səsləndirdi. Amma o, İrəvanda heç kimin nazı ilə oynamaq istəmir.
Bunu ümumiyyətlə lazımsız hesab edir. Çünki bizim hökmdarlarımız
Kremldən gələn istənilən əmri yerinə yetirməyə, bizi də daim gic
yerinə qoymağa hazırdır”.
Asif
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO