Nida.az
Sələfilərin başçısı Azərbaycanda şəriət məhkəməsi qurulmasından danışdı
“Biz heç bir şəriət məhkəməsi yaratmamışıq. Şəriət məhkəməsi qurmaq
heç ağlımızdan da keçməyib”.
Bu barədə Xudat sələfilərinin başçısı Nadir Xosrovoğlu Publika.Az -a açıqlamasında sələfilərin şəriət
məhkəməsi yaratdığı haqqında deyilənlərə münasibət bildirərkən
deyib. Onun sözlərinə görə, belə bir məhkəməni heç xəvariclər də
qurmazlar: “Biz xəvariclərə heç salam da vermirik, amma onların da
belə şey edəcəyinə inanmıram. Çünki onlar arasında elə savadlı
insan yoxdur ki, məsələləri şəriətlə həll etsin, şəriətlə hökm
versin. Bu ya təxribatdır, ya da kimsə bununla gündəmə düşmək
istəyir”.
N. Xosrovoğlu bu məsələ ilə bağlı dünən MTN-nin Xudat rayon şöbəsində olduğunu bildirib: “Mən özüm MTN-ə və polisə bununla bağlı müraciət etmişəm ki, araşdırsınlar. Tapsınlar ki, bunu xəvariclər edib, yoxsa biz sələfilər. Bəlkə mətbuat yalan yazır. Belə məlumatların hardan çıxdığı bəlli olmalıdır”.
Sələfilərin başçısı qeyd edib ki, onlar hazırda Kəndxudat
məscidində ibadət edirlər: “Sadəcə olaraq ora bir qədər kiçik
olduğu üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz
Müsəlmanları İdarəsinə müraciət etmişik ki, bizə kömək
göstərsinlər. Xudat mərkəzi məscidi var, ora həm mərkəzdədir, həm
də böyükdür. Müraciətimiz də o məsciddə ibadət etməyə icazə
verilməsi ilə bağlıdır”.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?