Kreml sülh yolu ilə atılan istənilən addımı dəstəkləyir
Bizi izləyin

Nida.az

Kreml sülh yolu ilə atılan istənilən addımı dəstəkləyir

“Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan istənilən addımı alqışlayır”.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Lakin Peskov Prezident İlham Əliyevlə Serj Sarkisyanın gələn həftə Vyanada görüşünün olacağına dair informasiyanı təsdiqləməyib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün yaydığı bəyanatda deyilir ki, həmsədr ölkələrin XİN rəhbərləri prezidentlərin hələn həftə Vyanada görüşməsinə yardım etməyə hazırdırlar.

D. Peskov isə bu informasiya haqda heç nə deyə bilməyəcəyini qeyd edib.

“Sözsüz, Moskva münaqişədə gərginliyin azaldılması və sülh nizamlanması üçün dialoqun bərpası istiqamətində bütün addımları alqışlayır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm