Nida.az
“Cihad müasir nəsil üçün cəlbedici olacaq” - Təhlükə
Suriya döyüşləri göstərir ki, islam cihadının tərəfdarı olan nəsil
digər nəsilləri sıxışdırıb aradan çıxardır.
Publika.Az dünya mətbuatında istinadən xəbər
verir ki, ABŞ-ın terrorizmlə mübarizə xidməti Suriya döyüşləri ilə
bağlı xəbərdarlıq edib. Xidmətin rəhbəri bildirir ki, faktiki
olaraq İQİŞ Suriyada de-fakto olaraq öz dövlətini qurur: “Bu
terrorçuların yeni nəsli daha təkəbbürlüdür. Onlar təkcə Qərbə
qarşı hücuma keçmir, həm də öz islam dövlətlərini yaratmaq
niyyətindədirlər. İQİŞ-in apardığı müharibələr dünyada diqqəti cəlb
etməyə bəs etdi. Şimali Suriya və İraqın kiçik əraziləri hazırda
onların idarəsindədir. Əsir götürdüyü düşmənlərin kütləvi edamları,
baş kəsmələr onlar üçün gündəlik əhəmiyyətsiz işlərə çevrilib”.
ABŞ kəşfiyyatının əsas narahatçılığı belə qüvvələrin Suriyada dövlət yaradacağı təqdirdə Qərbə qarşı daha ciddi təhlükə ola biləcəyidir.
“Terrorçuların bu yeni nəsli daha yaxşı təşkil edilmiş və öz hədəflərinə fokuslaşmışlar. Biz ehtiyat edirik ki, onlar əgər kiçik də olsa islam dövləti qurmağı bacaracaqsa, ondan bu ərəb dünyasının bütünlüklə fəth edilməsinə tramplin olacaq”-deyə xidmət rəisi vurğulayır.
ABŞ həm də ondan ehtiyat edir ki, aparılan cihad zaman keçdikcə
müasir nəsil üçün cəzbedici olacaq.
Asif
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi