Ermənistan prezidenti Vyanaya gedir – Prezidentlərin görüşü təsdiqləndi
Bizi izləyin

Nida.az

Ermənistan prezidenti Vyanaya gedir – Prezidentlərin görüşü təsdiqləndi

Ermənistan prezidenti Serj Sərkisyan mayın 16-da Vyanaya işgüzar səfərə gedəcək.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezident administrasiyasının mətbuat xidmətindən bildirilir.

Məlumata görə, mayın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq.

İnformasiyanı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan da “Twitter” səhifəsində təsdiqləyib.

Qeyd edək ki, iki gün əvvəl “RİA-Novosti” agentliyi diplomatik mənbəyə istinadən Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın mayın 16-da Avstriyanın paytaxtı Vyanada görüşəcəyini xəbər verib.

Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerrinin də prezidentlərin görüşündə iştirak edəcəyi gözlənilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da keçirdiyi ənənəvi brifinqdə görüşün planlaşdırıldığını təsdiqləyib. Onun sözlərinə görə, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir:

“Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”, - Zaxarova bildirb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm