Post-sovet məkanında yeni siyasi vəziyyətlə bağlı konfrans keçirilib
Bizi izləyin

Nida.az

Post-sovet məkanında yeni siyasi vəziyyətlə bağlı konfrans keçirilib

"Cəmiyyəin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin German Marşal Fondunun(BST) dəstəyi ilə həyata keçirdiyi "Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu" layihəsi çərçivəsində mayın 13-də Bakı şəhərində beynəlxalq konfrans keçirilib.

Məlum olduğu kimi son dövrlər dünyada, xüsusi ilə də regionda, o cümlədən postsovet məkanında baş verən hadisələr hamını, o cümlədən Azərbaycan vətəndaşlarını da natahat edir. Bir tərəfdən Türkiyə və Avropa ölkələrində baş verən terror aktları, müxtəlif yönümülü (radikal dini, milli-siyasi və s.) terrorçuların fəallaşması, digər tərəfdən Rusiyanın MDB-də yeni ilhaq addımlarının xofu dünyanı bürüyüb.

Layihə ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin mövzu ilə bağlı araşdırmanının aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin vaxtında qarşısının alınması, preventiv tədbirlərin görülməsi, əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, bu tip işğalçılıq, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısnı almaq baxımından əhəmiyyətli ola bilər.

Konfransda Ukraynadan, Gürcüstandan, Moldovadan və Azərbaycandan olan ekspertlər tərəfindən məruzələr edilib, regionda olan mövcud vəziyyət, bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə edilib.

Sonda layihə çərçivəsində həyat keçirilmiş sosiloji-tədqiqat işiinii nəticələri açıqlanıb. Tədbirdə millət vəkilləri, siyasi partiya liderləri və təmsilçiləri, beynəlxalq təşkilatlar, xarici ölkə səfirlkləri, QHT-lər və KİV nümayəndələri iştirak edib.

Tədbirdə layihə çərçivəsində hazırlanmış "Post-sovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm" kitabının təqdimatı keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm