Ukraynanın paytaxtı Rusiya sərhədinə köçürülə bilər
Bizi izləyin

Nida.az

Ukraynanın paytaxtı Rusiya sərhədinə köçürülə bilər

Ukraynalılar prezident Pyotr Poroşenkodan ölkənin paytaxtının dəyişdirilməsini xahiş ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda müraciət prezidentin saytında yerləşdirilib.

Müraciətdə paytaxtın Kiyevdən Rusiya ilə həmsərhəd olan Sumı vilayətinin Şostka şəhərinə köçürülməsi təklif edilir.

Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilən müraciətlər 92 gün ərzində 25 min imza ilə dəstəklənərsə, onlara dövlət başçısından baxılır. Müraciətlərə qanunilik və onların tətbiq edilməsinin məqsədəuyğunluğu nöqteyi-nəzərindən baxılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm