• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Almaniyadan XƏBƏRDARLIQ: Qarabağda müharibə riski artır

  • Nida.az
  • 16 May 2016 20:04
  • 1 460 Baxış
Almaniyadan XƏBƏRDARLIQ: Qarabağda müharibə riski artır

Dağlıq Qarabağda münaqişə nə qədər uzun müddət davam edəcəksə, tərəflər bir o qədər intensiv silahlanacaq, Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiya riski daha artıq olacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Vyanada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, 6 həftə əvvəl təmas xəttindəki qızğın döyüşlər göstərir ki, çoxillik status-kvo uzunmüddətli perspektivdə qənaətbəxş deyil.

Nazir qeyd edib ki, ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır: "Fikrimizcə, məqsəd təmas xətti üzrə atəşkəs rejimini gücləndirmək, etimadın möhkəmləndirilməsi üzrə tədbirləri razılaşdırmaq və danışıqlar prosesinə başlamaqdır. Bu, müəyyən vaxt tələb edəcək".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR