Azərbaycanda YENİLİK: Pilotsuz uçan aparatlardan istifadəyə “yaşıl işıq”
Bizi izləyin

Nida.az

Azərbaycanda YENİLİK: Pilotsuz uçan aparatlardan istifadəyə “yaşıl işıq”

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların (PUA) xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək.

Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik edilib.

İndiyədək siyahıda 17 adda məhsul və avadanlığın adı var idi.

Qəbul edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır.

Daha sonra dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm