Fransadan Əliyev və Sarkisyan danışıqları haqda AÇIQLAMA
Bizi izləyin

Nida.az

Fransadan Əliyev və Sarkisyan danışıqları haqda AÇIQLAMA

Fransa hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçirilmiş beynəlxalq görüşün yekunlarını alqışlayır.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Fransa XİN-in rəsmisi Romen Nadal deyib.

“Fransa mayın 16-da Vyanada keçirilmiş və aprelin 2-5 tarixlərində qeydə alınan qanlı toqquşmalardan sonra Ermənistan və Azərbaycan arasında dialoqu bərpa etməyə imkan vermiş görüşün nəticələrini alqışlayır”, - deyə Nadal bildirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri görüş zamanı atəşkəs rejiminə əməl olunması barədə razılığa gəlib və münaqişənin dinc yolla nizamlanmasına sadiq olduqlarını bildirib, həmçinin insidentlərin araşdırılması mexanizminin tətbiqi kimi bir sıra tədbirlərin qəbulunun zəruriliyi barədə razılaşıblar.

“Bu öhdəliklər çox böyük əhəmiyyət kəsb edir. Fransa tərəfləri onlara riayət etməyə çağırır və rusiyalı və amerikalı tərəfdaşları ilə birgə Minsk Qrupunun həmsədri qismində vasitəçi rolunu oynamağa davam edəcək”, - deyə XİN rəsmisi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm