ABŞ səfiri: “Bu, Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilər”
Bizi izləyin

Nida.az

ABŞ səfiri: “Bu, Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilər”

“İyunda Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü Dağlı Qarabağ münaqişəsinin hərtərəfli nizama salınmasına gətirib çıxara bilər”.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri və ABŞ hökuməti iyun ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağına ümid edir.

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan, ATƏT-in Minsk qrupunun həmsədrləri və Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında danışıqlar olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm