"Əliyev ABŞ-dan Azərbaycanda ordu yerləşdirməyi istəmişdi”
Bizi izləyin

Nida.az

"Əliyev ABŞ-dan Azərbaycanda ordu yerləşdirməyi istəmişdi”

"Əliyev ABŞ-dan Azərbaycanda ordu yerləşdirməyi istəmişdi”

“Biz ABŞ-a müraciət etmişdik ki, Azərbaycanda hərbi bazasını yerləşdirsin”.Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

O, hazırda Amerikanın 90-cı illərdə cəsarət edib atmadığı addımının cəzasını çəkdiyini bildirib:

“Vaxtı ilə mən Heydər Əliyevlə birgə işləyəndə biz ABŞ-a müraciət etmişdik ki, Azərbaycanda hərbi bazasını yerləşdirsin. Amma Amerika ondan çəkindi. Amerika gərək 90-cı illərdə buna gedəydi. Amma etmədi. 90-cı illərdə bazasını burada yerləşdirsəydi, Krımda bu tip proseslər baş verməyəcəkdi. Ola bilsin, Qarabağ problemi də həll olunacaqdı. Rusiya həmin zaman Amerikaya reaksiya vermək iqtidarında deyildi. Yeltsinin dövrü idi və Rusiya çökmüş vəziyyətdəydi. Amerika burada olduqca cəsarətsiz mövqedən çıxış etdi. İndi Rusiya Amerikaya şilləsini vurub. Amma cavabını hələ görməyib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm