Putin Qarabağda “May müharibəsi”nin qarşısını alıb?
Bizi izləyin

Nida.az

Putin Qarabağda “May müharibəsi”nin qarşısını alıb?

Mayın 8-də Qarabağda yeni müharibə başlayacaqdı, lakin Vladimir Putinin müdaxiləsindən sonra bu proses dayandırılıb.

Publika.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Jam” qəzeti çıxış edib.

Qəzet bu haqda Rusiya KİV-lərinin də yazdığını bildirib.

Rusiya KİV-nə danışan diplomatik mənbə isə yeni müharibənin ola biləcəyi ehtimalının yüksək olduğunu bildirib: “Məlumat var idi ki, aprel eskalasiyasından sonra mayın 8-də yeni müharibə olacaq. Rusiya prezidentinin müdaxiləsindən sonra tərəflər sakitləşdirildi və ardınca dərhal Vyana görüşü təşkil edildi”.

Diplomatik mənbə ehtimal edir ki, 8 mayda gözlənilən hücum Ermənistan tərəfindən olacaqmış.

“Apreldəki hadisələrdən sonra Ermənistan tərəfi qisas almaq üçün cavab atəşi açacaqdı. Güman ki, Azərbaycan tərəfi cəbhə xəttində bütün mümkün variantlara hazır idi. Bu isə onun güclü əks-hücuma keçəcəyi demək idi. Beləliklə, “dördgünlük müharibə”dən daha böyük qarşıdurma ola bilərdi. Vyanada prezidentlərin təcili görüşünü təşkil etməklə bu məsələ aradan qaldırıldı”, - deyə mənbə qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm