Nida.az
Putin çıxılmaz vəziyyətdə: Qarabağ Azərbaycana qaytarılır - ŞOK SƏBƏB
“Vyana görüşündən sonra Ermənistan danışıqlar prosesi çərçivəsində güzəştli variantlarla razılaşmayacaqsa, o zaman müharibə variantı yenidən gündəmə gələcək”.
Publika.az xəbər verir ki, bu barədə ekspert Dmitri Verxoturov deyib.
Onun sözlərinə görə, Azərbaycan aprel döyüşləri ilə Ermənistana ciddi xəbərdarlıq etdi: “Proseslərin gedişi göstərdi ki, Ermənistan Qarabağı əlində saxlaya bilmir, müdafiə gücü zəifdir. Məhz həmin hadisələrdən sonra siyasi manevrlər başladı. Azərbaycan anlayır ki, Ermənistan Rusiyanın müttəfiqidir, ona görə də ehtiyatlı davranır. Lakin əminəm ki, əgər Bakı müharibə variantını seçəcəksə, o zaman bu variantı Moskva ilə razılaşdıracaq”.
Ekspert əlavə edir ki, Qarabağ məsələsinin inkişafı qlobal proseslərdən asılı olacaq.
“Rusiya anlayır ki, münaqişənin dondurulması Azərbaycanı bezdirib. Belə vəziyyət rəsmi Bakının alternativ güclərlə anlaşmasına gətirib çıxara bilər. Misal üçün, NATO münaqişənin həllində rol alaraq, regionda güclənə bilər. Belə halda Rusiyanın bütün cənub cinahı kəskin zəifləyir, Qərbin Xəzərə və Türkmənistana girmək imkanı güclənir. Yəni Rusiyanın strateji vəziyyəti pisləşir. Buna görə də Rusiya Qarabağ məsələsində Azərbaycan və NATO-nun yaxınlaşmasına imkan verməmək niyyətindədir”, - deyə ekspert vurğulayıb.
D.Verxoturova görə, Rusiya NATO-Azərbaycan yaxınlaşmasının qarşısını almaq üçün, Ermənistanı bütün əraziləri – Qarabağ və ətraf rayonları boşaltmağa məcbur edə bilər: “Fikrimcə, proseslərin nəticəsi gözlənilməz olacaq. Belə ki, Ermənistanı Qarabağı tamamilə Azərbaycana qaytaracaq və Rusiyanın ciddi təzyiqinə məruz qalacaq. Belə olan halda Ermənistanda çevriliş ola bilər. Lakin indiki şərait də Ermənistan prezidenti üçün əlverişsizdir. Çünki Sarkisyan I Qarabağ müharibəsinin iştirakçılarındandır. Aprel müharibəsindəki məğlubiyyət onun üçün sillə oldu və onun hakimiyyəti nüfuzdan düşdü. Bu baxımdan, Qarabağda yeni müharibəni başlatmaqla o, öz nüfuzunu bərpa etmək istəyə bilər. Lakin digər versiyaya görə o, Rusiyadan çəkinərək, buna getməyəcək”.
Asif Nərimanlı
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR